Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Bu dünyanın qara daşı göyərdi

Qeyrət çəkdi igidləri səngərə,

Al qırmızı boyandı hər dağ,dərə,

Mələk üzlər döndü qara mərmərə,

Hər ocaqda bir adaşı göyərdi,

Şəhidlərin qara daşı göyərdi.

 

Otuz sənə dildə sözüm bitəndə,

Ocaqlarda yanan közüm bitəndə,

Döz deyilən yerdə dözüm bitəndə,

Ürəklərdə qan yaddaşı göyərdi,

Bu dünyanın qara daşı göyərdi.

 

Səbrimizin son məqamı çatanda,

Dərd gülləsi sinələrə batanda,

Hər damlası göy üzünə çatanda,

Anaların qanlı yaşı göyərdi,

Şəhidlərin qara daşı göyərdi.

 

Ağı deyib, qıy vuranda bacılar,

Güllə oldu, mərmi oldu acılar,

Heç bilmədik səhər nə vaxt açılar,

Bağrımızın yanan başı göyərdi,

Bu dünyanın qara daşı göyərdi.

 

Daxmalarda Vətən daşı göyərdi,

Hər ocaqda bir adaşı göyərdi,

Ürəklərdə qan yaddaşı göyərdi,

Anaların qanlı yaşı göyərdi,

Gözün aydın, Musa Yaqub babamız!

Bu dünyanın qara daşı göyərdi!

Məmməd Əvəzoğlu.27.01.2026.

Best coffeeshop in Berlin