Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Maqsud İbrahimbəyovun yaradıcılığına həsr olunmuş rejissor laboratoriyası başa çatıb

Bakı Fotoqrafiya Evində Xalq yazıçısı Maqsud İbrahimbəyovun əsərlərinə həsr olunmuş rejissor laboratoriyası başa çatıb. 

Bir həftə ərzində rejissorlar onun hekayələri üzərində işləyərək İbrahimbəyov Evinin müxtəlif məkanlarında səhnə eskizləri yaradıblar. 24 yanvar tarixində yekun nümayişlər keçirilib. 

"Neft bumu hamıya gülümsəyir» festivalı çərçivəsində Maqsud İbrahimbəyovun hekayələri əsasında ilk dəfə sınaqdan keçirilən yeni rejissor laboratoriyası formatı gözlənilmədən çox isti və canlı alındı. Tamaşaçılar hər hekayəni aktyorlarla birlikdə sanki canlı şəkildə yaşadılar 
Teatr bir anlıq evə çevrildi. Sonda isə işıqlı bir təəssürat və bu formatın mütləq davam etdirilməli olduğu inamı qaldı.

Qeyd edək ki, laboratoriyanın direktoru Konstantin Soldatovdur.

FOTOQRAFİYA EVİ

Rejissor: Leonid Klets
"Uşaqlığın Son Günü"

 

İbrahimbəyovun Evi

Rejissor: İskra Tarrant
"Bir Gözəl Gün"

 

FOTOQRAFİYA EVİ

Rejissor: Tatyana Seliverstova
"Qoy bizimlə qalsın"

Tamaşaçıların əksəriyyəti Tatyana Seliverstovanın eskizinə səs verib.

Xeyransa İsmayılova

Best coffeeshop in Berlin