Gənc və yeniyetmə güləşçilər Gəncədə toplaşacaqlar
3-13 fevral günlərində Gəncə OİK-də 15-20 yaşlı yeniyetmə və gənclər arasında idman güləşi üzrə seçmə xarakterli Azərbaycan çempionatı keçiriləcək. İlk olaraq (3-7 fevralda) 20 yaşlı (U-20) güləşçilər arasında yunan-Roma və sərbəst güləş üzrə yarışlar keçiriləcək. Fevralın 8-də U-15 və U-17 qızların yarışı baş tutacaq. 9-13 fevral aralığında isə 17 yaşlı U-17) oqlanların yunan-Roma və sərbəst güləş üzrə analoji yarışı keçiriləcək.
Yarış Dünya Güləş Birliyinin (UWW) mövcud qaydaları əsasında təşkil ediləcək.
Yarışları yerli həkimlərlə yanaşı, xaricdən dəvət edilən İ-S kateqoriyalı referilər idarə edəcəklər.
Çempionatda hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılar ölkə yığma komandasının heyətinə cəlb ediləcəklər.
İNTİQAM Məmmədov


