Qar voleybolu üzrə ölkə kuboku keçirilir
Yanvarın 24-də Şahdağ Turizm Mərkəzində kişilər və qadınlar arasında qar voleybolu üzrə ölkə kubokuna start verilib. AVF-dən verilən məlumata görə, qadınların yarışında 5, kişilərdə isə 4 komanda iştirak edir. Qadın komandalar dairəvi, kişilər isə Olimpiya sistemi üzrə mübarizə aparırlar. Turnirin ilk günü aşağıdakı oyunlar keçirilib:
Qadınlar:
AZERRAİL - Milli-2 - 2:0 (15:6, 16:14);
Milli - Qaraqaya - 2:0 (15:7, 15:5);
Qaraqaya - Gəncə - 0:2 (6:15, 7:15);
Milli-2 - Milli - 0:2 (9:15, 12:15);
Milli - AZERRAİL - 2:1 (12:15, 15:8, 15:12);
Gəncə - Milli-2 - 2:0 (15:4, 15:3);
Qaraqaya - AZERRAİL - 0:2 (5:15, 11:15).
Kişilər:
Qaraqaya - Gənclər - 2:1 (15:17, 22:20, 15:9);
AZERRAİL - Bakı Fires - 2:0 (15:6, 15:11).
Cütlər arasındakı qaliblər finalda birincilik, məqlublar isə üçüncü yer uğrunda qarşılaşacaqlar.
Yanvarın 25-də isə aşağıdakı görüşlər keçiriləcək:
Kişilər:
3-cu yer uğrunda:
Gənclər - Bakı Fires.
Final: Qaraqaya - AZERRAİL.
Qadınlar:
Gəncə - Milli;
Milli-2 - Qaraqaya;
AZERRAİL - Gəncə.
Qeyd: Qadınların yarışında qalib və mükafatçılar yarış cədvəlində tutduqları mövqeyə əsasən müəyyənləşdiriləcək.
İNTİQAM Məmmədov


