Avropa İttifaqı Ermənistandakı monitorinq missiyasına son qoyacaq
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından sonra müşahidəçi missiyası sərhəd zonasında fəaliyyətini dayandıracaq, çünki buna ehtiyac qalmayacaq.
Ermənistan mediasının məlumatına görə, bu açıqlamanı Ermənistanın ictimai televiziyasında Avropa Birliyinin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritter verib.
O, həmçinin qeyd edib ki, 2025-ci ilin avqustunda Vaşinqton Sazişlərinin imzalanmasından bəri sərhəddə heç bir insident qeydə alınmayıb.


