Vinisius ÇL-da həftənin oyunçusu seçildi
UEFA-nın mətbuat xidməti rəsmi saytında "Real Madrid"in qanad oyunçusu Vinisius Juniorun Çempionlar Liqasında həftənin oyunçusu seçildiyini açıqlayıb.
Braziliyalı qanad oyunçusu "Monako" üzərində 6-1 hesablı qələbə qazanılan oyunda bir qol vurub və üç məhsuldar ötürmə edib.
Səsvermədə Vinisius "Atalanta" üzərində 3-2 hesablı qələbə qazanılan oyunda bir qol vurub və iki məhsuldar ötürmə edən "Atletik Bilbao"nun yarımmüdafiəçisi Robert Navarronu, "Slaviya Praqa" üzərində 4-2 hesablı qələbə qazanılan oyunda iki qol vuran "Barselona"nın yarımmüdafiəçisi Fermin Lopezi və PSJ üzərində 2-1 hesablı qələbə qazanılan oyunda iki qol vuran "Sportinq"in hücumçusu Luis Suarezi geridə qoyub.
Ümumilikdə, Vinisius bu mövsüm Çempionlar Liqasında yeddi oyunda bir qol vurub və beş məhsuldar ötürmə edib.


