Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-da 20 Yanvar faciəsinə həsr olunmuş sərgi

Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar foto və kitab sərgisi təşkil olunub.

Elmi Kitabxananın təşkil etdiyi sərgidə 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan, rus və digər dillərdə dərc olunmuş kitablar, Vətənimizin müstəqilliyi və torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda qəhrəmancasına həlak olan şəhidlərimiz barədə nəşrlər, həmin müdhiş gecənin dəhşətlərini əks etdirən fotolar nümayiş olunur.

Sərgidə BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin şagirdlərinin qanlı Yanvar hadisələrini əks etdirən rəsm əsərləri də yer alıb.

Sərgi bir neçə gün davam edəcək.

 

RUS:

В БГУ организована выставка, посвященная трагедии 20 Января

В Бакинском государственном университете (БГУ) проходит фото - и книжная выставка, посвященная 36-й годовщине трагедии 20 Января.

На выставке, организованной Научной библиотекой вуза, представлены книги на азербайджанском, русском и других языках о событиях 20 Января, публикации о героически погибших наших шехидах и фотографии, отражающие ужасы той страшной ночи.

На выставке также представлены рисунки учащихся лицея «Молодые таланты», действующего при БГУ, отражающие кровавые Январские события.

Best coffeeshop in Berlin