Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Ayntraxt Frankfurt" "Qarabağ"la oyundan əvvəl daha üç məşqçisi ilə yollarını ayırıb

UEFA Çempionlar Liqasında Azərbaycan klubu "Qarabağ"ın növbəti rəqibi olan Almaniyanın "Ayntraxt Frankfurt" klubu daha üç məşqçini istefaya göndərib.

Frankfurt klubunun mətbuat xidməti bu barədə məlumat yayıb.

Bundesliqanın rəsmiləri məşqçilər Stefan Bak, Nelson da Silva Morqado və Xavyer Zembrodun müqavilələrini qarşılıqlı şəkildə ləğv ediblər.

Xatırladaq ki, bir gün əvvəl Almaniya komandası baş məşqçi Dino Topmöllerlə yollarını ayırdığını açıqlamışdı.

"Qarabağ" və "Ayntraxt" arasındakı oyun 21 yanvarda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

Best coffeeshop in Berlin