Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qazaxıstan Qəzza zolağı üçün "Sülh Şurası"na qoşulmağa razılıq verib

ABŞ Prezidenti Donald Tramp qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevi Qəzza zolağını idarə edən "Sülh Şurası"na qoşulmağa və Qazaxıstanın təsisçi üzv olmağa dəvət edib.

Bu barədə Qazaxıstan liderinin köməkçisi və mətbuat katibi Ruslan Jeldibay məlumat verib.

Xəbər verildiyi kimi, Tokayev razılığını bildirən qarşılıqlı məktub göndərib.

"Prezident Kasım-Jomart Tokayev "Sülh Şurası"na qoşulmaq üçün rəsmi dəvət alan və Qazaxıstanın təsisçi üzv olan ilk dünya liderlərindən biri olub. Prezident Tokayev ABŞ Prezidentinə səmimi minnətdarlığını bildirən və bu yeni təşkilata qoşulmaq barədə razılığını təsdiqləyən məktub göndərib. O, Qazaxıstanın Yaxın Şərqdə davamlı sülhə nail olmaq, dövlətlərarası etimadın və qlobal sabitliyin gücləndirilməsinə mənalı töhfə vermək öhdəliyini bir daha təsdiqləyib", - Jeldibay qeyd edib.

Best coffeeshop in Berlin