Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Qarabağ" - "Ayntraxt" oyunu üçün hakim təyinatları açıqlanıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" ilə Almaniyanın "Ayntraxt Frankfurt" komandaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Məlumatlara görə, matçı İsveçrə komandası idarə edəcək.

Sandro Şerer baş hakim təyin edilib. Onun köməkçiləri Stefan De Almeyda və Yonas Erni olacaq. Dördüncü hakim isə Yohannes fon Mandaks olacaq.

Videoköməkçi hakim (VAR) funksiyasını Feday San, VAR köməkçisi isə Lukas Fendriks yerinə yetirəcək.

"Qarabağ" - "Ayntraxt" matçı 21 yanvar tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq.

Best coffeeshop in Berlin