Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Oktay Kaynarcanın narkotik testinin nəticəsi açıqlandı

Türkiyəli aktyor Oktay Kaynarcanın narkotik testinin nəticəsi açıqlanıb.

Aparılan müayinələr zamanı sənətçinin dərman testinin nəticəsi mənfi çıxıb.

Aktyor bu haqda sosial media hesabında da məlumat paylaşıb.

"Həyatım boyu böyüklərimdən miras qaldığı və onlardan öyrəndiyim düsturla yaşamağa çalışmışam.
Ləyaqət, şərəf, vicdan, mərhəmət həyat yolçuluğumun dəyişməz anlayışları olub. Son dövrdə hər kəsin şahidi olduğu bu xoşagəlməz ittiham bu hesabatla öz təmizliyini sübut etdi və verdiyim sözümü də isbatlamış oldum.Heç kimin şübhəsi olmasın ki, dövlətin həyata keçirdiyi narkotik əməliyyatına olan dəstəyim bundan sonra da sonuna qədər davam edəcəkdir", - sənətçi bildirib.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən saxlanıldıqdan sonra ev dustaqlığına buraxılan tanınmış aktyor Oktay Kaynarca “Test nəticəsi yetərli cavab olacaq” demişdi.

Best coffeeshop in Berlin