Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qulu Məhərrəmli: 

XAMNEYİ TRAMPLA NƏYİ DANIŞMAQ İSTƏYİR?

İrandakı vəziyyətə dair qarışıq və ziddiyyətli xəbərlər yayılır. Xamneyi rejiminin sosial-iqtisadi vəziyyətə etiraz edənlərə qarşı sərt davrandığı, 28 dekabrdan bu yana 500 nəfərin öldürüldüyü, 10 mindən çox şəxsin həbs olunduğu bildirilir.

Bununla yanaşı 90 milyonluq İran hələ də çalxalanmaqdadır, Tehranda və bəzi iri şəhərlərdə etirazlar davam edir. Xüsusən gənclər geri çəkilmir. Etirazçılar ABŞ prezidentinin İrana zərbə endirmək vədinə hələ də inanırlar.

Dünən D.Tramp İran rəhbərlərinin onunla danışıq aparmaq istədiyini bildirib. Avropa ölkələrində isə İran rejimi əleyhinə mitinqlər keçirilir…

* * *

Eli Huseynov

Nəsə mən inanmıram İrandakı bu şeytan, bic rejim hakimiyyəti əldən verə... Heç Trampında ciddi addım atacağı görünmür... Molla rejimi tülkü kimi yenə bir yol tapıb ABŞ-la danışıqlar yolu ilə ömrünü uzada biləcək... Gözləyək... Ümid edirəm ki, sonluq maraqlı olsun...

 

Adil Huseynoğlu

Sizin belə yalan iformasiyalar paylaşmağınızı sizə heç yaraşdırmıram. 5 manat bahalaşmaya görə küçəyə çıxan adamlar 500 nəfərin ölmnə sakit durardı???? Axı dünən ki molyonların izdihamını görməmək mümkün deyil? Sizdəmi küçə mediyasının səviyyəsinə enirsiz? Təəaüf

 

Eldar Huseyn

Qulu Məhərrəmli , niyə rəqəmləri çişirdirsiz ? Deyirsiz ki , ziddiyyətli xəbərlər , bəs bu rəqəmləri hardan almısız ?

İkincisi , niyə iğtişaşçıların öldürdüyü dinc sakinlərdən , onların necə yandırıldıqlarından ş küçənin ortasında döyüb öldürmələrindən danışmırsız ? Ziddiyət sizin özünüzdədir ki ,qərəzli mövqedən çıxış edib , xalqı , aldatmağa çalışırsız .

Dünəndən bu yana İranda tam sakitlikdir , xalq dövlətinin ,Rəhbərinin arxasında dayanıb öz sözünü dedi. Beş-üç tuman paça gədənin öhdəsindən gəkmək min illər dövlətçilik ənənəsi olan İran xalqı üçün heç nədir . Su bulandırmaq sizə qaldı . Bu dəfə də ümüdləriniz puç oldu , Allahın köməkliyilə

 

Mehman Rustamov

Mən Amerika tərəfdarı deyiləm.Amma molla da mollalığın eləsə yaxşıdır.46 ildir oturduğun yer iylənib

 

Ари Шабанова

Mollaların bu şekline baxanda melumdur ki, gencler qatılmır bu partiyaya ve görünür ki, yaxın 15-20 ilde molla rejimi ister istemez gedecek. Gencler mecburi din istemirler

 

Ağalar Mahmud

İranın sanksiyalardan qurtulub dünyaya inteqrasiya etməsi üçün şiə molla rejimi devrilməli, parlament respublikası qurulmalıdır

 

Davud Ali

Hamneyi Trampı heç küçə iti yerinə qoymur. Onun Trampa görüş təklif eləməyinə inanmaq ən azı axmaqlıdır.

Əgər İsrailin dövlət rəsmisi öz dili ilə deyirsə ki, “Bizim adamlarımız İranda fəaliyyətdədirlər.”, öldürülənlərin olduğunda təəccüblü nə var ki ?((

 

Cavid Cabbarlı

Qulu müəllim, siz heç bir siyasi öhdəliyi olmayan sadə müəllimsiz. Dəqiqləşdirilməmiş məlumatları yaymamağı siz öyrətmisiz. İndi özünüz bu prinsipi pozub, özünüzü Mirşahinə, Arifin oğluna və o qəbildən olanlara oxşadırsız. Axı siz Mirşahin deyilsiz, heç ola da bilməzsiniz!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Best coffeeshop in Berlin