Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Daha 5 çəkidə ölkə çempionları müəyyənləşib 

Yanvarın 7-dən etibarən Bakı İdman Sarayında kişilər arasında idman güləşi in yunan-Roma və sərbəst güləş üzrə startı verilən seçmə xarakterli Azərbaycan çempionatı davam edir. Bu gün yunan-Roma güləşi üzrə yarışlarda daha 5 çəki dərəcəsində çempionlar müəyyənləşib. 

60 kq çəki dərəcəsində Ayxan Cavadov (Abşeron, DİN), 67 kq-da Fərid Xəlilov (Sumqayıt -Təhsil, "Neftçi"), 77 kq çəkidə Sənan Süleymanov ("Nedi"), 87 kq çəki dərəcəsində İslam Abbasov ("Neftçi") və 130 kq-da isə Beka Kandelaki ("Neftçi") bütün görüşlərini qələbə ilə başa vuraraq, Azərbaycan çempionu adını qazanıb. Bununla da çempionatda yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. Xatırladaq ki, dünən yunan-Romacilar arasında 57, 65, 74, 86 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Yeri gəlmişkən, bu gün isə sərbəst güləş üzrə yarışlara start verilib və 5 çəkidə finalçılar bəlli olub. 

Çempionata yanvarın 11-də sərbəst güləşçilərin son həlledici görüşləri ilə yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin