Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Borussiya Dortmund" Afrikada ilk rəsmi akademiyasını açacaq

Almaniyanın "Borussiya Dortmund" futbol klubu Afrika qitəsində ilk rəsmi beynəlxalq akademiyasını açmağa hazırlaşır.

Akademiya Qanada yerləşəcək və 2026-cı ilin fevral ayında fəaliyyətə başlayacaq.

Layihə çərçivəsində altı yaşdan 18 yaşa qədər oğlan və qızlar üçün futbol təlim proqramı təşkil etmək planlaşdırılır. Təşəbbüsün əsas məqsədi gənc oyunçuların erkən və sistemli inkişafı, ardınca onların peşəkar futbol mühitinə uyğunlaşması üçün şərait yaratmaqdır.

"Borussiya Dortmund" rəhbərliyi layihəni Afrikada gənc futbol istedadlarının inkişafına və dəstəklənməsinə töhfə kimi görür.

Best coffeeshop in Berlin