Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Çempionatda ilk günün finalçıları bəlli olub

Bu gün Bakı İdman Sarayında kişilər arasında idman güləşi üzrə startı verilən seçmə xarakterli Azərbaycan çempionatında ilk günün finalçıları bəlli olub. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə,  yunan-Roma güləşçilərin çıxışı ilə startı verilən çempionatın ilk günündə beş çəki dərəcəsində (55, 63, 72, 82 və 97 kq) finalçılar müəyyənləşib. Maraqlıdır ki, finala yüksələn 10 güləşçidən 9-u "Neftçi" İdman Klubunun üzvüdür. Bu çəkilərdə həlledici final görüşləri sabah saat 18:00-dan 20:00-dək keçiriləcək və bununla da yuxarıda qeyd olunan çəkilərdə qalıb və mükafatçılar bəlli olacaq. 

Sabah baş tutacaq finallarda aşağıdakı cütlər qarşılaşacaqlar:

55 kq: 

Elmir Əliyev ("Neftçi") - Rəşad Məmmədov ("Neftçi", Lənkəran);

 

63 kq: 

Ziya Babaşov ("Neftçi") - Sakit Quliyev ("Neftçi ');

 

72 kq:

Fəraim Mustafayev ("Neftçi ") - Xalid Həsənov ("Neftçi);

 

82 kq:

Elmin Əliyev (MOİK, Lənkəran) - Tuncay Vəzirzadə ("Neftçi");

 

97 kq:

Məhəmməd Əhmədiyev ("Neftçi ') - Murad Əhmədliyev ("Neftçi").

Yeri gəlmişkən, sabah saat 17:00-da çempionatın rəsmi açılış mərasimi olacaq.

Eyni zamanda çəkisi 60, 67, 77, 87 və 130 kq olan klassiklər mübarizəyə qatılacaqlar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin