Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

6 nömrəli musiqi məktəbində yenidən TƏXRİBAT

FƏRİDƏ MƏMMƏDOVA məktəbi dağıdır

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və Gülnarə Səfərova çevrəsinin qurduğu planlar fiaskoya uğramaq üzrədir. Əldə edilən son səs yazıları onu göstərir ki, İbrahim Əliyev vəziyyətdən çıxış yolu tapmaq üçün qaçaqaçla vəziyyəti xilas etmək üçün artıq addımlar atmağa başlayıb. 
 

Baş verənlərdən belə nəticəyə gəlmək olur ki, 
1. İbrahim Əliyev başda olmaqla komandası öz əməlləri ilə Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində apardıqları dağıdıcı işlər nəticəsində məktəbin pedaqoji fəaliyyətini iflic vəziyyətinə gətirib çıxartdılar. 
 

2. Gülnarə Səfərova attestasiyanı bəhanə edərək təşkil etdiyi qeyri-qanuni tələblərlə məktəbin musiqi müəllimlərini ərizə yazmağa məcbur etməklə işdən azad edib.

Beləliklə qaçaqaçla İbrahim Əliyev və Gülnarə Səfərova qruplaşması səhər qərara alır ki, 6 nömrəli Uşaq Musiqi Məktəbin musiqi müəllimləri təcili surətdə ərizə yazsınlar və yaşadıqları ünvana yaxın məktəblərə getsinlər. XEYİR OLA? İndiyə kimi Gülnarə Səfərovanın köməyi ilə İbrahim Əliyev kimilərinə hədə-qorxu gələrək işdən çıxartdılar, kimilərini öz xoşu ilə ərizə yazmağa məcbur etdilər, bir hissəsini isə attestasiya yolu ilə işdən azad ediblər. İndi isə növbəti addım gedir. Yerdə qalanlara isə öz yaşadıqları ünvana yaxın yerdə işə düzəlmələrini deyiblər. XEYİR OLA?! Aydındır ki, Gülnarə Səfərova bu kollektivlə işləyə bilməyəcək. Ona görə də, həmin kollektivi köçürməlidir. O kollektiv ki, Gülnarə Səfərovanın bir işarəsi ilə durub-otururlar. O kollektivlə müxtəlif idarələrə kompaniyalar keçirərək şikayət məktublarını təşkil etmək çox asandır. Həmçinin məhkəməyə yalan ərizələr yazdırmaq, eləcə də korrupsiya əməllərini həyata keçirmək çox asan başa gələcək. 
 

Burada belə sual yaranır: İbrahim Əliyev, olmaz ki, 12 nömrəli məktəbin müəllimlərinə yaşadığınız yerə yaxın məktəblərdə işə düzəlin deyəsiniz? Mütləq 6 nömrəli məktəbin kollektivi dağıdılmalıdırmı? Sizin dosent kimi buraya qoyduğunuz Gülnarə Səfərova 6 nömrəli məktəbin kollektivini darmadağın etdi. İndi isə növbəti addımlar atırsınız. Qəribədir ki, bütün bunlar Mədəniyyət Nazirliyinin gözü önündə baş verir. Yenə də soruşuruq: Mədəniyyət naziri, siz hara baxırsınız? Bütün bu biabırçılıqları görmürsünüzmü? Məktəbin kollektivini pərən salmaq və başqa məktəbin kollektivini oraya transfer etmək, onların başına korrupsioner direktor qoymaq nə qədər düzgündür? 
 

Faktlar üçün biz sizə səs yazılarını atırıq. Həmin səs yazılarında 12 nömrəli məktəbin müdir müavini Nərminə Hüseynova  6 nömrəli məktəbin fevralda Həmkarlar sədri olan, fortepiano müəlliməsi Fəridə Məmmədova  göstəriş verir ki, müəllimlər təcili surətdə səhər gedib ərizə yazsınlar və yaşadıqları ünvana yaxın musiqi məktəblərinə keçsinlər. Bu da növbəti addım. Səs yazılarına diqqətlə qulaq asdıqda hər şey aydın olacaq. 

 

QEYD: 

Redaksiya qarşı tərəfin də məsələ ilə bağlı mövqeyini yayımlamağa hazırdır.

 

Məsələdən agah olmaq üçün aşağıda səs yazılarını Sizə təqdim edirik:

Best coffeeshop in Berlin