Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Karateçilərimiz AÇ-dən 5 medalla dönüblər 

Polşanın Belostok şəhərində karatenin "Kyakuşin Senlş Karate " üslubu üzrə keçirilən Avropa çempionatı Azərbaycan komandası üçün uğurlu olub. Azərbaycan Milli Karate Federasiyasindan verilən məlumata görə, qurumun baş katibi Qabil Süleymanov və komandanın baş məşqçisi Fərhad Məmmədovun rəhbərliyi altında sözügedən yarışa qatılan millimiz Vətənə 5 (2-2-1) medalla dönüb. Qızıl medallar gənclər arasında dayanq üzərinə çıxan Vaqif Bəndəliyevlə (70 kq) Cəmil Kərimlinin (80 kq) aktivinə yazılıb. Gümüş medallar yalnız həlledici finalda büdrəyən Kərim Eyyubov (+90 kq, kişilər arasında) və gənclərdən Cavld Kazımlının (85 kq) payına düşüb. Yeganə bürünc medalın sahibi isə Vüqar Sayadov (70 kq) olub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin