Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Misir və Seneqal milliləri DÇ matçları öncəsi ulduzları formalarından çıxarıblar

Misir və Seneqal milliləri komandaların Dünya Çempionatında geyinəcəkləri formalardakı emblemlərindəki ulduzları yığışdırıblar.

Vu barədə jurnalist Mayki Junior X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Daha əvvəl məlumat verilmişdi ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) Misir və Seneqal milli komandalarından Afrika Millətlər Kubokunda qələbələrin sayını göstərən ulduzları formanın üzərindəki emblemdən çıxarmağı xahiş edib, çünki onlar komandanın dünya çempionatında qazandığı kubokların sayını göstərməlidir. Misirlilər yeddi, seneqallılar bir dəfə qitə çempionu olublar.

Misir millisi DÇ-2026-nın ilk oyununda iyunun 15-də Belçika yığması ilə qarşılaşacaq.Bir gün sonra seneqallılar fransızlarla qarşılaşacaq.

Best coffeeshop in Berlin