Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçimiz Paşa Aslan finalda erməni adaşı Paşa Xudoyanla üzləşəcək 

Dünən Samokovda (Bolqarıstan) 17 yaşlı (U-15)  yeniyetmələr arasında idman güləşi üzrə Avropa çempionatına yunan-Romaçıların çıxışı ilə start verilib. Azərbaycan idmançılarının da qatıldığı çempionatın start günü yığmamızın 7 üzvü mübarizəyə qatılıb. Onlardan ikisi - Hüseyn Əmrahli (38 kq) və Paşa Aslan (44 kq) inamla güləşərək finala yüksəlib. Hər iki finalçımız bu gün çempionluq görüşünə çıxacaq. Hüseyn Əmrahli estoniyali Daniel Samuellə, Paşa Aslan isə erməni güləşçi, onunla eyni ad daşıyan adaşı Paşa Xudoyanla üzləşəcək.

Daha üç təmsilçimiz isə çıxışını üçüncü yer uğrunda təsəlliverici görüşlərlə davam edəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin