Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qulu Məhərrəmli:

Hakimiyyətə can atan Koçaryan Rusiya və Putinə güvənir

Ermənistan paradoksu: Seçki mənzərəsi aydın göstərir ki, hakimiyyətə can atan R.Koçaryan Rusiya və Putinə güvənir. Baş nazir N.Paşinyan isə Azərbaycan, Türkiyə və ABŞ-la işləyir və düz də eləyir.

Azərbaycan Ermənistana min tona yaxın dizel yanacağı göndərib. Məncə, düz də eləyib…

* * *

İlqar Əlfioğlu

Paşinyan bizə lazımdı!

İkinci belə erməni tapa bilmərik.

 

Səttar Qüdrətoğlu

Faşist putin Ukraynaya qarşı amansız hərbi təcavüzü ilə həm ölkəyə, həm də özünə ölüm hökmü yazmış oldu!

Təcavüzkar Rusiyanın dünyada geostrateji maraqlarına sarsıdıcı zərbələr vuruldu, müttəfiqlərini sürətlə itirməkdədir, Rusiyayönümlü təşkilatlar sabun köpüyünə çevrilib, ölkə bütün sivil dünyadan təcrid edilib, ağır sanksiyalar altındadır və 146 milyon zombiləşdirilmiş rusiyalının gurultulu alqışları altında öz şərəfsiz sonluğuna yaxınlaşır!

Faşist putin Rusiyası Cənubi Qafqazı itirən kimi Ermənistan və onun demokrat lideri Paşinyan Azərbaycanla Türkiyə ilə münasibətləri normallaşdırmaq yolunu seçərək, ölkəsini xilas etmək əzmindədir!

Qarabağ savaşının qalibi Azərbaycan, ibrət dərsini mənimsəyən Ermənistan, iflasa uğrayan isə Rusiya və onun əlaltıları köçəryanla sarkisyandır!..

 

Dilara Nasirova

Paşinyan seçilsə, Ermənistan çox güclü bir dövlət olacaq bir iki ilə..

 

Azər Axundov

Bizdə bədbəxcilik odur ki, başqa dövlətlərə qazı satırıq

Ucuz qiymətə özümüzə limit qoyub 100 manatlıq qaz vuranda sənə 45 manatlıq qaz verirlər özümüz özümüzə düşmən kəsilirik, başqa yerdən düşmən axtarmaq lazım deyil kədlərdə var ki öz ərazimizdə təzə tikilən binalatda hələ işıqdan propan qazından istifadə edir neyləməlidir özümüz özümüzün düşməniyik məmurlarımlz yeyinti cox etməsə indi azərbayanın bütün böıkələrində binalarda qazlaşdırılmışdır

 

Tahir Tagiyev

Demokratların hakimiyyətdə qalması diktatorların marağında deyil.

O ki, qaldı Azərbaycanın "verdiyi" dəstəyə, qətiyyən inandırıcı görünmür. Bu hakimiyyət ikibaşlı oyun oynamağı sevir. Hakimiyyətə yaxın medianın, "Azərbaycan hakimiyyəti Paşinyanı dəstəkləyir" başlıqlı mesajlarınında Paşinyanı devirmək istəyən müxalifətə dolayı yolla verilən dəstəkdən başqa birşey deyil.

 

Elman Qurbanov

AZƏRBAYCAN VƏ ONUN UZAQGÖRƏN QALİB PREZDENTİ NƏ EDİRSƏ DÜZ EDİR. Bəziləri evində öz ailəsini idarə edə bilmir ancaq yekə yekə məsləhətlər verir.ALLAH UZAQ ELƏSİN. DÜNYANIN HƏR YERİNDƏ MÜHARİBƏ GEDİR VƏ QAN TÖKÜLÜR.BİZDƏ AZƏRBAYCANDA İSƏ PREZDENTİMİZİN AĞILLI VƏ UZAQGÖRƏN SİYASƏTİ SAYƏSİNDƏ SAKİTLİK VƏ ƏMİN AMANLIQDIR.YAŞASIN AZƏRBAYCAN VƏ ONUN MÜZƏFFƏR PREZDENTİ İ.ƏLİYEV.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Best coffeeshop in Berlin