Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xanım Paşazadənin “Duyğuların palitrasından rəngli misralara” adlı sərgi-konserti təqdim olunub +FOTO=12

"Duyğuların palitrasından,rəngli misralara" adlı musiqili-bədii gecədə söz, rəng, musiqi bir araya gəldi.

AZpress.AZ xəbər verir ki, gənc ədib, musiqişünas, jurnalist, rəssam Xanım Paşazadə sənətə könüldən bağlanan çoxşaxəli yaradıcılıq nümunələrini ictiamiyyətə təqdim etdi.

İki hissədən ibarət olan tədbirdə müəllif 34 rəsm əsərini nümayiş etdirdi. Art terapiya ilə məşğul olan Xanım Paşazadə hər kompazisiyası ilə musiqinin kətandakı rəngini əks etdirdi.Hər bir rəsm sanki, müxtəlif musiqi əsərlərini özündə cəm etdi.Tədbirin musiqili bədii hissəsində isə  müəllif, yaradıcılığa köklənən ruhu ilə düşüncələrini şeir və musiqi ilə ifadə etdi. Hisslərini, duyğularını misralara, sətirlərə sığdıran Xanım Paşazadə 100 şeirindən sadəcə bir neçəsini ictimaiyyətə təqdim etdi. Həmçinin hər şeir kiçik bir səhnəcikdə əks olundu. Müxtəlif obrazlar,müəllifin qəlbindən süzülən hisslər rəğbətlə qarşılandı.

Konsert proqramının maraqlı bir məqamı isə ondan ibarət oldu ki, Xanım Paşazadə həm müxtəlif bəstəkar mahnıları ifa etməklə yanaşı, söz və musiqisi özünə məxsus olan "Nə oldusa" adlı klipinin ilk təqdimat mərasimini də həyata keçirdi.

Dəyərli sənət nümayəndələrinin iştirakı ilə davam edən musiqili gecə alqış sədaları ilə davam etdi.

Fotolar: Rüstəm İsmayılov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məlumatların yayımlanması üçün təqdim etdiyimiz mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz:

+99477 737 75 76

Best coffeeshop in Berlin