Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İlham Əliyevə İrpen şəhərinin fəxri vətəndaşlığı sertifikatı təqdim edildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "İrpenin Fəxri Vətəndaşı" sertifikatını təqdim etmək şərəfinə nail oldum.

AZpress.AZ xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bu barədə Facebook-da yazıb.

Onun sözlərinə görə, İrpen Şəhər Şurasının bu ilin 30 aprelində qəbul etdiyi dövlət başçısına fəxri vətəndaşlıq qərarı Azərbaycan Prezidentinin və bütün Azərbaycan xalqının tammiqyaslı müharibənin ilk günlərindən və şəhərin işğaldan azad edilməsindən sonra İrpen icmasını dəstəkləməkdə şəxsi töhfəsini qiymətləndirir.

Yu.Qusev qeyd edib ki, Azərbaycan İrpenin yenidən qurulmasında əsas tərəfdaşlarından birinə çevrilib. Azərbaycanın dəstəyi ilə İrpen Humanitar Liseyi "Linqvistik" və məsləhət-diaqnostika klinikası artıq bərpa edilib. Bu layihələrin ümumi dəyəri 120 milyon qrivnanı keçib.

"Qarşıda yeni irimiqyaslı layihələr var: mənzil tikintisi, idman məktəbinin, Mərkəzi Mədəniyyət Evinin bərpası və müasir incəsənət mərkəzinin yaradılması", - deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, İlham Əliyevin qəhrəman İrpen şəhərinin fəxri vətəndaşı olması Ukrayna və Azərbaycan xalqları arasındakı dərin dostluğu simvolizə edir.

Yuri Qusev yazıb: "Həmrəyliyinizə və Ukraynanın bərpası və dəstəklənməsi üçün atdığınız konkret addımlara görə cənab Prezident, Sizə və bütün Azərbaycana təşəkkür edirik".

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111