Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

(AZpressAZ-in arxivindən: 2024-cü il)

YADA DÜŞƏR XATİRƏLƏR

Əkbər Qoşalı: 

Cavad bəy Şıxlinski -150

Bu gün Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun general-mayoru, Gəncə üsyanının əsas təşkilatçılarından olan Cavad bəy Şıxlinskinin anadan olmasının 150-ci ildönümüdür (Cavad bəy Məmməd Ağa oğlu;03.01.1874, Aşağı Salahlı, Qazax – 1959, Türkiyə).

Xalq Cümhuriyyəti dönəmində Milli Ordunun təşkilində müstəsna xidmətlər göstərmiş Cavad bəy, 1918-ci ildə yenicə yaradılan Milli Ordunun 1-ci diviziyasına komandan təyin edilmiş, 1918-ci ildə Bakını daşnaklardan təmizləməyə gəlmiş xilaskar Qadqaz Türk-İslam Ordusunun komandanı Nuru Paşa tərəfindən medalla təltif olunmuşdur. O, 1919-cu ildə 1-ci piyada diviziyanın komandiri təyin olunmuşdur. Bundan başqa, 1919-cu ilin fevralın 17-də Hərbi nazirin əmri ilə Gəncə qarnizonunun rəisi vəzifəsinə təyin olunmuşdur. Cavad bəy Şıxlinski Zəngəzur və Qarabağda erməni separatçı qüvvələrinə qarşı milli ordumuzun əməliyyatlarında fəal iştirak etmişdir. 1919-cu ildə onun komandanlığı altında nizami ordu hissələri Zəngəzuru ermənilərdən təmizləmişdir.

Sayğılarla anırıq.

Ruhu şad olsun!

Best coffeeshop in Berlin