İsrail Türkiyənin kəşfiyyat sistemini ələ keçirdi
Əl-Hədas telekanalı İsrail təhlükəsizlik mənbəsinə istinadən xəbər verir ki, İsrail casusluq etmək üçün nəzərdə tutulan qabaqcıl türk kəşfiyyat sistemini aşkar edib və ələ keçirib.
Xatırladaq ki, avqustun 27-də axşam saatlarında dörd İsrail helikopteri Dəməşqin cənubundakı Əl-Kisvah bölgəsindəki (13 km) hərbi bazanın ərazisinə İDF-nin xüsusi təyinatlı qüvvələrini endirib. Telekanalın məlumatına görə, əməliyyat zamanı İsrail hərbçiləri gizli texnika aşkar ediblər.
Telekanalın mənbəsi qeyd edib ki, İsrail tərəfi bu yaxınlarda ərazidə quraşdırılan türk cihazlarını söküb. “Biz Suriya prezidenti Əhməd əl-Şaraa administrasiyasına xəbərdarlıq etdik ki, atəşlə oynamasınlar”, o vurğulayıb.


