(AZpressAZ-in arxivindən: 2024-cü il)
YADA DÜŞƏN XATİRƏLƏR
Hümbət Quliyev:
İki söz
(esse)
Mənə iki söz yaz: Səni sevirəm.
Daha heç nə yazma. Bu iki söz qoşa sim kimi qəlbimi riqqətə gətirər. Bu iki söz qoşa bulaq olub susuzluğumu yatırar. Bu iki söz qoşa çinar olub vücuduma sərinlik gətirər. Bu iki söz qoşa qollar kimi xoşbəxtliyimi qucaqlayar. Bu iki söz, iki dodaq kimi nəfəsimi isidər. Bu iki söz qoşaqanadlı atlar kimi məni ərşə, düz Allahın dərgahına qaldırar.
Elə bu iki söz bəsimdir, ömrümün sonuna qədər...
Hümbət Həsənoğlu
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



