Naxçıvan Dövlət Universiteti: daha yeni və perspektivli hədəflərin əlçatan olduğu ali təhsil ocağı
Naxçıvan Dövlət Universiteti daha mütərəqqi nailiyyətlər istiqamətində hədəflərini əlçatan etdikcə, daha çox diqqət cəlb edir. İnkişafı, dayanıqlı ixtisaslaşmanı, günümüzün tələblərinə və çağırışlarına səs verən elm və tədris infrastrukturunun yaradılması sahəsində perspektivlərini üstün tutan universitetimiz, gənc nəslin, abituriyentlərin və bu sferaya aid olan maraqlı tərəflərin dəyişməz ünvanına çevrilməyi bacarmışdır.
Bu sahədə, yüksək bal toplayan abituriyentlərin Naxçıvan Dövlət Universitetini seçməsi olduqca mühüm əhəmiyyətinə görə seçilməkdədir. Xüsusilə, son 6 ilə yaxın müddət ərzində ali məktəbin maddi-texniki bazasının gücləndirilməsi, elmi araşdırma və ixtisaslaşma mühitinin daha da etibarlı olması, bu sahələr üzrə alternativ imkanların yüksəldilməsi kimi məsələlər Naxçıvan Dövlət Universitetinin mühüm aktuallıq göstəricilərini təşkil etməkdədir.
Olduqca sevindirici hal ondan ibarətdir ki, universitetimiz tələbələr üçün zəruri olan çoxistiqamətli şərait yarada bilmiş və bu, onların regional, milli və beynəlxalq səviyyələr üzrə tədris imkanlarını daha da əhatələndirməkdədir. İkili diplom layihələrinin həyata keçirilməsi, müəllim və tələbə mobilliyinin təmin olunması, ortaq elmi araşdırma sahələrində mühüm nəticələrin əldə olunması məhz universitetin öz tələbələri üçün yaratmış olduğu əlverişli şəraitin mühüm tərkib hissələrindən biri olmaqdadır.
İnkişafın indiki mərhələsində, universitetimiz yeni tədris ilinə daha qətiyyətli tədbirlərlə hazırlaşmaqdadır. Bu sahədə görülən işlər, təbii olaraq, bütün tərəflərinə görə, yeni 2025-2026-cı tədris ilinə hazırlaşma sahəsində də çox mühüm göstəricilər olmaqdadır. Bu isə imkan verməkdədir ki, ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər məhz belə favori, belə perestijli universitetlərə yol alsınlar. Çox qürurvericidir ki, artıq 600-700 arası bal toplayan abituriyentlərin seçimlərinin Naxçıvan Dövlət Universitetinin olması, fikirlərimizi sübut etməkdədir.
Təbii ki, bu seçimlər son deyil. Qarşıdakı mərhələlər üzrə yenə də Naxçıvan Dövlət Universitetində yüksək bal toplayan abituriyentlərin olduğunu qürurla qeyd edəcəyik.
Əziz gənclərimiz, abituriyentlərimiz və güclü mütəxəssis olmaq istəyən övladlarımız!
Artıq elm və tədris malik olduqları üstünlüklərlə paralel olaraq irəliləməkdədir. Nəzəriyyənin təcrübəyə daha dolğun, daha dürüst və daha təkmil inteqrasiyası tələb olunur. Artıq dünya elminə və təhsilinə töhvə vermək istəyən hər bir gənc üçün region amili heç bir maneə ola bilməz. Texnologiyanın elmə, elmin isə innovasiyalaşma proseslərinə açdığı yollar, Sizləri daha aydın sabahlara doğru inamla aparacaq. Bu yolda, Naxçıvan Dövlət Universiteti Sizin yanınızda, disətəkçiniz, motivasiya nöqtəniz olacaq. Siz doğru seçinizlə, bütövlükdə, ölkəmizin milli tədrisinin, milli elminin daha mütərəqqi səhifələrinin açılmasına zəmin olacaqsınız.
Naxçıvan Dövlət Universitetinin hazırkı inkişaf mərhələsində müəyyən etdiyi strateji inkişaf xətti keçmişdən bu günümüzə olan dəyərlərin mühafizə olunması, gələcək nəsillərə ərmağan olunması sahəsində olduqca mühüm göstəricidir. Elmimizin inkişafı, bu sahədə savadlı və ixtisaslı kadrların hazırlanması və daha mütərəqqi idarəetmənin təşəkkülü məqsədləri universitetin prioritetlərinə aid olunmaqdadır. Təbii olaraq, bu sahədə, tələbəyönümlü tədris perspektivlərinin çox aktual məsələ kimi diqqətdə saxlanılması günümüzün və bu sahədəki islahatların ana məqsədini təşkil etməkdədir.
Naxçıvan Dövlət Universitetinin bu sahədə reallaşdırmış olduğu layihələr abituriyentlərin dəyişməz ünvanı olmaq gerçəkliyi ilə daha da əhəmiyyətli olmaqdadır. Xüsusilə də, yüksək bal toplayan abituriyentlərin seçimi kimi Naxçıvan Dövlət Universitetinin hədəflənməsi həmin göstəricilərin nəticəsidir.
Hazırda Naxçıvan Dövlət Universiteti abituriyentlərini doğmalıqla qarşılayan, onlara qucaq açan, tələbələrini hərtərəfli diqqət və qayğı ilə təmin edən və məzunlarının müstəqil həyat və iş həyatı üzrə yollarına işıq salan ailədir, ocaqdır, evdir. Bu isə, kollektivimizin sevimlisi, rektorun sayəsində daha isti, daha rəvan və daha əziz olmaqdadır.
Cavadxan Qasımov


