Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

RÜSTƏM İSMAYILOV: 

“Milli rəqs” dərnəyinin “Biz vətənin gələcəyiyik” adlı hesabat konserti keçirilib

15 iyun 2023-cü il tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsində fəaliyyət göstərən “Milli rəqs” dərnəyinin “Biz vətənin gələcəyiyik” adlı hesabat konserti keçirildi. Konsert ümummilli lider “Heydər Əliyev İli” çərçivəsi və Milli Qurtluş Gününə həsr olunub.

“Heydər Əliyev İli” çərçivəsi və Milli Qurtuluş Gününə  həsr olunmuş  konsertdə  uzun illər mərkəzdə çalışan, rəqs sənətinin sirlərini böyük həvəslə yetirmələrinə öyrədən “Qabaqcıl Təhsil işçisi” Samirə müəllimənin qurduğu  bir-birindən maraqlı, rəngarəng rəqsləri gördünüz.

Samirə müəllimənin rəqs kollektivi saysız-hesabsız müxtəlif dövlət tədbirlərində, konsertlərdə, televiziya kanallarında çıxış edir. Bir çox xarici dövlətlərdə – Türkiyə, İngiltərə, İtaliya, Niderland, Rusiya, Belarus, Bolqarıstan, Qazaxıstan, Gürcüstanda keçirilən festival, müsabiqə və bayramlarda vətənimizi layiqincə təmsil edən kollektiv çox böyük uğurlara imza atıb, çoxlu diplom, fəxri fərman, ödül və sertifikatlar qazanıb. Hətta bir neçə dəfə “Qran-pri” kimi yüksək mükafata da layiq görülüb.

Best coffeeshop in Berlin