Rafiq ODAY:
QƏZƏL
Dilbəra, səndən mənə qəm donlu həsrətdir qalan,
Getdi şad günlər müdam can içrə möhnətdir qalan.
Bir xoş söz, bir iltifat bəs eylər şükranlıq üçün,
İltifat, xoş söz hanı? - yerində nifrətdir qalan.
Ərənlik tükəndimi, insanlıq öldümü, Yarəbb? -
Qeyb oldu hörmət, izzət - ortada minnətdir qalan.
Var-dövlət dada yetməz nə Kanda, nə Məkan içrə,
Getdinmi, səndən sonra nə varsa - ibrətdir qalan.
Sev-sevil ömrün boyu, nə şöhrət, nə ad-san ara,
Dünyaya car çək, Oday, - aşiqə vüslətdir qalan.
10.04.2025
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



