Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Türkiyənin qadın voleybol millisi ikinci dəfə Avropa çempionu olub 

Avqustun 21-də dörd ölkədə (Azərbaycan, Türkiyə, İsveç və Çexiya) 24 qadın voleybol komandasının iştirakı ilə startı verilən və sayca 34-cü olan Avropa çempionatına (CEV Trendyol EuroVelloy 2026 Women) sentyabrın 6-da İstanbulda (Türkiyə) baş tutan həlledici final matçı ilə yekun vurulub. Son final matçında ev sahibi Türkiyə ilə İtaliya qarşılaşıb. Maraqlı və gərgin mübarizə şəraitində keçən və tay-brekə qədər uzanan görüş  Türkiyənin ay-ulduzlu millisinin qələbəsi ilə başa çatıb - 3:2 (16:25, 25:22, 12:25, 25:11, 15:10). Bununla da Türkiyə millisi tarixində ikinci dəfə Avropanın ən güclüsü olub. Yeri gəlmişkən, ay-ulduzlu milli ilk dəfə Avro-2023-də çempion olub. Həmin ilin çempionluq finalında türklər serbləri tay-brekdə udublar -3:2.

Xatırladaq ki, ən çox çempion adını qazanan isə, 2022-ci ildə beynəlxalq yarışlarda iştirakına qadağa qoyulan Rusiya yığması olub (19 dəfə). 

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111