"Neftçi SOKAR" klubu yenə də 1/4-də uduzub
19-20 avqust günlərində Fransanın Bordo şəhərində 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının sayca 21-ci mərhələ yarışı keçirilib. Turnirdə ölkəmizi təmsil edən "Neftçi SOKAR" klubu bir həftə öncə "Sea Breeze" (Bakı) istirahət mərkəzində olduğu kimi, yenə də 1/4 finalda büdrəyib. Xatırladaq ki, yer aldığı A qrupunda Çilini (21:17) üstələyib, İtaliyaya (16:18) uduzmasına rəğmən 1/4 finala yüksələn "Neftçi SOKAR" bu mərhələdə İspaniya ilə bacarmayıb - 12:13.
Beləliklə, heyəti Aoi Katsura, Aleksandra Mollenhauer, Yekaterina Lipatova və Çelen Nelsondan ibarət olan "Neftçi SOKAR" klubu hazırda 567 xalla turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.
Aktivində cəmi 40 xal olan Azərbaycan millisi isə 55-ci yerdədir.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



