Netanyahu və Sülh Şurası Qəzza ilə bağlı iki işçi qrupunun yaradılması barədə razılığa gəliblər
İsrail Baş naziri Binyamin Netanyahu və Sülh Şurası Qəzza zolağı ilə bağlı məsələlər üzrə iki işçi qrupu yaratmaq barədə razılığa gəliblər.
AZpress.AZ-ın məlumatına görə, Netanyahu administrasiyasının mətbuat xidməti bunu ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner ilə Qüdsdə görüşünün ardından açıqlayıb.
Məlumata görə, işçi qruplarından biri Qəzzada tərksilah və silahsızlaşdırma məsələlərini həll edəcək. İsrail və Sülh Şurası anklavda hər hansı bir yenidənqurma işinə başlamazdan əvvəl silahsızlaşdırma prosesinin başa çatdırılmasının vacib olduğunu düşünür.
İkinci işçi qrupu Qəzza əhalisinin sanitariya, təmiz suya çıxış və digər ictimai səhiyyə məsələləri ilə bağlı ehtiyaclarının ödənilməsinə diqqət yetirəcək.
Qeyd olunur ki, bu məsələlərin həlli həm Qəzza sakinlərinin, həm də İsrail əhalisinin maraqlarına uyğundur.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



