Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Neftçi SOKAR" klubu DQS-nın Kaserese mərhələsində 1/4-ə yüksəlib

3x3 basketbolu üzrə keçirilən Dünya Qadın Seriyasının Kaserese (İspaniya) mərhələsi davam edir. Sözügedən turnirdə iştirak edən "Neftçi SOKAR" klubu yer aldığı A qrupunda "Madrid"ə (11:17) uduzanda sonra Xarvatiya millisini 21:12) məğlub edərək 1/4-ə yüksəlib. Bu mərhələdə isə təmsilçimiz ev sahibi olan İspaniya millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Xatırladaq ki, "Neftçi SOKAR" klubu turnirin geridə qalan 12 mərhələsindən ikisinin (Orlane və Marsel. Hər ikisi Fransa) qalibi olub. Klub hazırda 352 xalla turnir cədvəlində 2-cı yerdədir. Cəmi 2 mərhələdə iştirak edən millimiz isə 18 xalla 54-cüdür.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin