QHT “Dünya” TV-dən “Qayıdışa aparan yol” haqqında danışdı
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏCİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi "Qayıdışa aparan yol" adlı layihəsi çərçivəsində bu gün “Dünya” TV-nin efirində eyni adlı ikinci verilişini təqdim etdi.
“Dünya” TV-nin baş aparıcısı Könül Rzazadənin tqdimatında efirə gedən verilişdə layihə rəhbəri və ictimai birliyin sədri Tahir Xudiyev, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyəti üzvü, ədliyyə general-mayoru Hüseyn Əlixanov və “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri, tədqiqatçı-jurnalist, Xocalı qətliamında oradan son çıxıb Böyük Zəfərdən sonra ilk qayıdanlardan biri olan Səriyyə Müslümqızı iştirak edirdilər.
Tahir Xudiyev qeyd etdi ki, Vətənimizi sevən milli ruhlu hər bir vətəndaş öz yerində müstəqil dövlətçiliyimizin qorunması və inkişafı üçün bacardığını əsirgəməməlidir.
Hüseyn Əlixanov bildirdi ki “Qayıdışa aparan yol” layihəsi sanki mənim illər öncə yazdığım “Xaosdan Zəkaya Doğru” və “Qələbəyə Aparan Yol” adlı kitablarımında irəli sürülən real faktlara əsaslanır. Çünki qayıdışa aparan yol da elə 1988-1993-cü illərdəki xaosdan başlayıb Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığı 1993-cü ilin iyunundan keçir, ardıcıl, sistemli və planlı şəkildə inkişaf edərək nəhayət bu günümüzə qədər əldə olunan bütün uğurlarımızın əsasını təşkil edən Heydər Əliyev ideyalarına əsaslanır, 2020-ci il Böyük Zəfərdən keçib gedir.
Hazırda Xocalıda yaşayan Səriyyə xanım məhz bu verilişdə iştirak etmək üçün xüsusi olaraq Bakıya gəlmişdi. O, dedi ki, vaxtı ilə Xocalı faciəsi, Qarabağ həqiqətləri barədə həm respublikamızda, həm də xarici ölkələrdə tədbirlər keçirib təbiliğat aparanlardan biri də Tahir Xudiyev olmuşdur. Bu layihənin də həqiqətən çox vacib olduğunu vurğulayaraq, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müsabiqəyə təqdim olunan 900-dən çox layihə işçərisindən bu layihəyə də maliyyə dəstəyi göstərməsinin müsbət hal olduğunu qeyd etdi.
Sonda Tahir müəllim Hüseyn Əlixanovun “Xaosdan Zəkaya Doğru” adlı kitabından sitat gərirərk:”...həyat- təkçə şad və xürrəm keçən günlərdən, səadət dolu xoşbəxt anlardan ibarət deyil. Gərəkdir ki, onun da qarını, çovğununu, necə deyərlər, bəzi insanlara xas olan astar üzünü görməyi bacarasan”-deyərək, ictimai birliklərin də koməyə ehtiyacı olan insanlarla maarifləndimə işləri aparmasının, onlara mənəvi dəstək göstərilməsinin, problemlərini öyrənərək aidiyyəti dövlət qurumlarının köməyi ilə müsbət həllinə çalışmalarının dövlətimizin sosial siyasətinə ictimai dəstək olmasını vurğuladı. Həmçinin ictimai birliyin üzvlərinin mədəni istirahətinin təşkili daima diqqət mərkəzindədir. Bunun üçün “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvlərinə diqqətlə yanaşan Azkonsert MMC, Emki Production kollektivinə, digər özəl və dövlət mədəniyyət ocaqlarının rəhbərliyinə və kollektivinə dərin minnətdarlığımızı bildiririk.


