Argentina millisinin üzvləri Messini atıb-tutublar
Dünən gecə saatlarında futbol üzrə 23-cü dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində Atlantada (ABŞ) baş tutan və 3:2 hesabla bitən Argentina - Misir matçından sonra argentinalı futbolçular matçın əsas qəhrəmanı olan 39 yaşlı forvard Lionel Messini atıb-tutublar.
Xatırladaq ki, həmin matçın 79-cu dəqiqəsindək argentinalılar hesabda 0:2 geridə olublar. Məhz bu dəqiqədən başlayaraq Argentina millisi Messinin sayəsində qolları siramaqla qalib gəlib və adını 1/4 finala yazdırıb - 3:2.
İlk qola assistentlik edən Messi ardından özü səhnəyə çıxıb - 2:2. Matçın son əlavə edilmiş vaxtında isə argentinalılar qələbə topunu vurublar - 3:2.
İNTİQAM Məmmədov


