Marko Materatsi DÇ-2006-da Zinəddin Zidanla arasında baş verənləri xatırlayıb
İtaliya yığmasının sabiq müdafiəçisi Marko Materatsi DÇ-2006-da Fransa millisinin yarımmüdafiəçisi, futbol dünyasının professoru Zinədin Zidanla arasında baş verən hadisəni xatirlayib. Maraqlıdır ki, özünü müqəddəs hesab etməyən Materatsi bu arada Zindanın da müqəddəs olmadığını dilə gətirib:
"Əlbəttə ki, mən müqəddəs deyiləm. Heç Zidan da müqəddəs deyil. Belə bir bir qarşılaşma isə heç də birinci deyildi. Əgər Zidan həmin oyundan sonra böyüklük edib mənim əlimi sıxsaydı onun üçün şərəf olardı. Aramızda baş vermiş hadisəyə də son qoyulardı və hər şey heç nə olmamış kimi bitərdi" - Marko Materatsi "France Football"a açıqlamasında belə deyib.
Xatırladaq ki, həmin dünya çempionatının final matçında Materatsi Zindana bacı döyüşü etmişdi. Söyüşə cavab olaraq, Zidan da onun sinəsinə başla zərbə (kəllə ataraq) vuraraq onu yerə sərmişdi. Nəticə də qırmızı kartla meydandan qovulmuşdu.
İNTİQAM Məmmədov


