Konfrans Liqası iki oyunla başlayacaq
2026/2027 UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsi bu gün başlayır.
İlk oyun günündə iki oyun keçiriləcək.
UEFA Konfrans Liqası
Birinci Təsnifat Mərhələsi
21:15 — UNA Strassen - La Fiorita
22:00 — Elbasani - BATE
Oyunların başlama vaxtları Bakı vaxtı ilədir.
UEFA-nın Belarus klublarına qoyduğu məhdudiyyətlərə görə, BATE cavab oyununu 16 iyulda Sumqayıtda Elbasani ilə keçirəcək.
Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


