Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ADPU ƏCNƏBİ TƏLƏBƏLƏR ÜÇÜN QƏBUL ELAN EDİR – HAZIRLIQ, BAKALAVRİAT, MAGİSTRATURA

2026/2027-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin hazırlıq siniflərində, bakalavriat və magistratura proqramlarında təhsil almaq istəyən əcnəbi vətəndaşlar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin www.portal.edu.az  portalı vasitəsilə müraciət edə bilərlər.

 

Hazırlıq sinifləri:
Müraciətin başlanma tarixi: 01.07.2026
Son müraciət tarixi: 15.09.2026

 

Bakalavriat və magistratura proqramları:
Müraciətin başlanma tarixi: 01.07.2026
Son müraciət tarixi: 10.09.2026

 

Bakalavriat və magistratura proqramları, qəbul prosedurları və digər əlaqədar məsələlərlə bağlı ətraflı məlumat almaq üçün posterdə yerləşdirilən QR kodu oxuda və ya aşağıdakı keçidə daxil ola bilərsiniz: https://adpu.edu.az/ecnebi-telebeler

 

Əcnəbi vətəndaşların təqdim etməli olduqları sənədlər:
• Orta təhsil haqqında attestat (diplom), transkript apostil olunmalı, nostrifikasiya edilməli, Azərbaycan dilinə tərcümə edilərək notariat qaydasında təsdiqlənməlidir;
• Magistratura səviyyəsi üçün bakalavr diplomu və transkript apostil olunmalı, nostrifikasiya edilməli, Azərbaycan dilinə tərcümə edilərək notariat qaydasında təsdiqlənməlidir;
• Sağlamlıq haqqında arayış və QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması barədə həkim arayışı;
• Beynəlxalq pasportun şəxsiyyət məlumatları və istifadə olunmuş səhifələrinin surəti (pasportun etibarlılıq müddəti universitetə müraciət tarixindən etibarən ən azı 1 il olmalıdır);
• Yaşayış icazəsinin surəti (Azərbaycanda yaşayanlar üçün);
• Tərcümeyi-hal;
• Təhsil dilini təsdiq edən sertifikat (olduğu halda);
• Təhsil müddətində əldə olunmuş nailiyyətləri təsdiq edən sənədlər (mövcud olduğu halda).

Qeyd:
• Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşamaq icazəsinə malik əcnəbi vətəndaşlar Azərbaycan Dövlət Pedaqoji Universitetinə yalnız Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının nəticələri əsasında qəbul edilə bilərlər.
• İkili vətəndaşlığı olan əcnəbilərin Azərbaycan Dövlət Pedaqoji Universitetinə əcnəbi vətəndaş kimi müraciət etmələri qadağandır. Onlar universitetə yalnız Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının nəticələri əsasında qəbul edilə bilərlər.

Müsahibə
Azərbaycan Dövlət Pedaqoji Universitetində hazırlıq, bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq istəyən əcnəbi vətəndaşların dünyagörüşü, qabiliyyəti, ümumi mədəniyyət səviyyəsi və dil bilikləri ADPU-nun Müsahibə Komissiyası tərəfindən qiymətləndirilir. Müsahibədən uğurla keçən əcnəbi vətəndaşlar seçdikləri ixtisas üzrə ADPU-nun müvafiq hazırlıq, bakalavriat və ya magistratura səviyyələrində təhsilə başlaya bilərlər.

 

Əlaqə
ADPU, Xarici Tələbələr Şöbəsi
AZ1072, Həsən Əliyev küçəsi 104, Bakı, Azərbaycan
Tel: +994 012 465 89 41
Web: www.adpu.edu.az
E-mail: international_students@adpu.edu.az 
Facebook: https://www.facebook.com/profile.php?id=61554645882007

Best coffeeshop in Berlin