İngiltərə meydanda azlıqda qalsa da....
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə 23-cü Dünya Çempionatı (FÇ-2026) 1/8 final oyunları ilə davam edir. Günün gecə saatlarında daha bir oyun mundialın ev sahiblərindən biri olan Meksika ilə İngiltərə arasında baş tutub. Paytaxt Mecikodakı "Estadio Azteca" stadionunda baş tutan və 87.592 tamaşaçının canlı-canlı izlədiyi oyun britaniyalıların qələbəsi ilə başa çatıb - 2:3.
Matçın 36-cı dəqiqəsində Cud Bellinqem hesabı açaraq İngiltərə millisini irəli çıxarıb - 0:1.
Bundan iki dəqiqə sonra Billenqem Harri Keynin ötürülməsini qola çevirməklə dubl edib - 0:2.
42-ci dəqiqədə Xulian Kinyones bu qollardan birinin əvəzini çıxa bilib - 1:2.
Fasilədən sonra matçın 54-cü dəqiqəsində oyunu idarə edən hakim Alireza Faqani (Avstraliya) Carell Kuansanı qırmızı kartla cəzalandiraraq İngiltərə millisini azlıqda qoyub. Onunla belə İngiltərə millisi daha bir qol vurmağa nail olub.
Bu dəfə isə İngiltərə millisinin bombardir kapitanı Harri Keyn penalti zərbəsi ilə hesab arasındakı fərqi artırıb - 1:3. Yeri gəlmişkən, bu Harrim DÇ-2026-da 6-cı qolu olub.
Qalan vaxt ərzində ev sahibi olan Meksika millisi penalti ilə bu qollardan yalnız birinin əvəzini çıxa bilib - 2:3. Qolun müəllifi isə Raul Ximenes olub.
Beləliklə, Kanadadan sonra mundialın daha bir ev sahibi mübarizəni dayandırıb.
Yeri gəlmişkən, İngiltərə millisi 1/4 finalda Norveçlə üzləşəcək.
İNTİQAM Məmmədov


