Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 "Neftçi SOKAR" klubu DQS-nın Marsel mərhələsinin qalibidir 

3-4 İyul günlərində 3x3 basketolu üzrə Dünya Qadın Seriyasının Marsel (Fransa) mərhələsinin oyunları keçirilib. İki günlük turnirin qalibi adını Azərbaycan təmsilçisi olan  "Neftçi SOKAR" klubu qazanıb. ABF-dan verilən məlumata görə, qrup mərhələsindən lider kimi 1/4 finala yüksələn təmsilçimiz bu mərhələdə Uqanda millisini 18:15, yarımfinalda isə Fransa yığmasını 14:10 hesabla məğlub edərək finala yüksəlib. Həlledici finalda isə Azərbaycan klubu Kanada millisini üstələyib - 15:9.

Maraqlıdır ki, turnirin ən yaxşı oyunçusu adına "Neftçi SOKAR"-ın və millimizin üzvü Arlka Karter layiq görülüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin