Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Misir yığması Avstraliyanı prnaltilərlə məğlub edərək 1/8-ə yüksəlib 

Futbol üzrə 23-cü Dünya Çempionatında dünən 1/16 final  çərçivəsində daha bir oyun keçirilib. Söhbət ABŞ-ın Arlinqton şəhərindəki 92.967 yerlik  "Ey-Ti-end-Tu" stadionunda baş tutan Misir - Avstraliya matçından gedir. Qeyd edək ki, uruqvaylı hakim Qustavo Texera həmyerliləri ilə birlikdə idarə etdiyi oyunda sevinən tərəf Misir yığması olub. 70.245 azarkeşin adıçəkilən arenada birbaşa izlədiyi həmin oyunun əsas hissəsi heç-heçə (1:1) bitdiyindən rəqiblər mübarizəni əlavə vaxtda davam etdiriblər. Lakin əlavə vaxtda da qalib aşkar edilməyincə penalti seriyası işə düşüb. Penalti seriyasında isə misirlilər zərbələri daha dəqiq yerinə yetirməklə qalib gəliblər - 4:2. Avstraliya millisinin heyətində Xarri Suttar və Lukas Xerrinqton hədəfdən yayınıb.

Matçın əsas vaxtında vurulan qollara gəlincə, 13-cü dəqiqədə Misirli müdafiəçi Emam Aşur hesabı açıb - 1:0. Matçın 55-ci dəqiqəsində isə digər misirli futbolçu - Maxamed Xani avtoqola imza atmaqla hesabı nərabərləşdirib - 1:1.

Beləliklə, Misir yığması da adını DÇ-2026-nın 1/8 finalına yazdırıb. Bu mərhələdə isə, Misirin təqibi Argentina - Kabo-Verde cütünün qalibi olacaq. 

İyulun 4-nə keçən gecə isə 1/16 final mərhələsində daha iki oyun olub. 

Argentina - Kabo-Verde və Kolumbiya - Qana matçı. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin