Qulu Məhərrəmli:
Ukraynaya 90 milyardlıq yardım
Avropa İttifaqı Kiyevə ayrılmış 90 milyard avro həcmində yardımın ilk tranşının dünən ödənildiyini təntənə ilə bəyan edib. Uzun müddət idi ki, Macarıstanın keçmiş baş naziri, V.Putinin dostu Orban bu maliyyə yardımına mane olurdu. Yeni baş nazir vetonu götürdükdən sonra proseslər sürətləndi.
Ukrayna bu vəsaitlə həm ölkə infrastrukturunu bərpa edəcək, həm də DRON istehsalını genişləndirəcək.
Əlbəttə, Avropanın Ukraynaya 90 milyard vəsait verməsi Putun üçün çox pis xəbərdir. Bu o deməkdir ki, Kiyev cəbhədə hərbi üstünlüyü saxlayacaq və Rusiyanın yanacaq sektorunu vurmaqda davam edəcək...


