Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə cüdoçularımız AÇ-yə 2-si qızıl olmaqla, 5 medalla başlayıblar 

İyunun 29-da İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində yeniyetmə cüdoçular arasında Avropa çempionatına start verilib. İyulun 2-dək davam edəcək bu çempionatın ilk günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, çempionatın start günü tatamiyə çıxan 10 (5 oğlan və 5 qız) təmsilçimizdən beşi daha inamla çıxış edərək mükafatçılar sırasında yer alıb. Günün ən diqqətçəkən məqamı isə oğlanların yarışında Azərbaycan finalının baş tutması olub. 50 kq çəkidə iki həmyerlimiz - Nihad Ağayevlə Fərid Rzazadə çempionluq görüşünə çıxıb. Qarşılaşma birincinin qələbəsi ilə bitib. Nəticədə Hihad qızıl, Fərid isə gümüş medal qazanıb.

Yığmamızın aktivinə yazılan ikinci qızıl medal isə 40 kq çəki dərəcəsində çıxış edən Zəhra Quliyevanın payına düşüb. O, finalda macarıstanlı Nora Rirbus-Qrafu məğlub edib. 

Günün bürünclərini isə İbrahim Talıbovla (55 kq) Könül Eyvazlı (48 kq) qazanıb. 

Yeri gəlmişkən, Azərbaycan bu yarışa 12 çəkidə 17 (10 oğlan və 7 qız) cüdoçu ilə qatılıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin