Ağcabədidə pambıq sahələrində becərmə işləri uğurla davam etdirilir +FOTO=29
Ağcabədi rayonunda pambıqçılıq ildən-ilə inkişaf edərək rayonun iqtisadi potensialının gücləndirilməsində mühüm rol oynayır.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, iyunun 26-da rayon ərazisində yerləşən pambıq sahələrində becərmə işlərinin gedişi ilə bağlı baxış keçirilib.
"Azərpambıq" Aqrar Sənaye Kompleksinin Ağcabədi filialı ilə müqavilə bağlamış fermer Rauf Gülmalıyevin pambıq sahəsinə baxış keçirən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov iş prosesini izləyib, fermerlərlə fikir mübadiləsi aparıb.
Fermerin verdiyi məlumata görə, ötən il hər hektardan 45,46 sentner məhsul əldə edilib. Cari ildə isə sahələrdən daha yüksək məhsuldarlığın götürüləcəyi gözlənilir.
“1000-10” sortlu pambıq əkilmiş 36 hektar sahədə bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilib. Eyni zamanda, yaşıl alaq otlarına və zərərvericilərə qarşı profilaktik tədbirlər görülüb.
Rayon rəhbəri pambıq sahələrinə baxış zamanı fermerlərə becərmə traktorlarının üzərində quraşdırılmış kultivatorların işçi orqanlarının dəyişdirilməsi ilə bağlı tövsiyələrini verib.
Daha sonra Rafil Hüseynov "PRIME COTTON" MMC-nin Ağcabədi filialına məxsus pambıq sahələrində olub, burada aparılan işlərin gedişi ilə tanış olub, iş başında olan fermer və pambıqçılarla görüşərək onlara müvafiq tövsiyələrini çatdırıb.


