Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Argentina millisi DÇ-2026-da ikinci qələbəsini qazanıb 

Lionel Messi isə mundialları tarixinə rekordçu kimi düşüb

ABŞ, Kanada və Meksikada futbol üzrə keçirilən və 48 komandanın mübarizə apardığı 23-sü dünya çempionatı davam edir.dunən mundialda daha üç oyun keçirilib. 

Günün ən maraqlı oyunu ABŞ-ın Arlinqton şəhərindəki "ATT Sradium" stadionda hazırkı dünya çempionu Argentina ilə Avstriya qarşılaşıb. Görüş dünya çempionu adını dəyişən Argentinanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matcda vurulan qollara gəlincə, onu demək olar ki, 9-cu dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyən Lionel Messi matçın 38-ci  dəqiqəsində hesabı açmaqla öz günahını yuya bilib -1:0.

İlk yarısı bu hesabla bitiən matçın elə bu hesabla bitəcəyi düşünüləcəyi bir vaxtda Messi yenidən səhnəyə çıxır və 90+5 dəqiqədə dubl edərək, özünün və komandasının ikinci qolunu vurub - 2:0.

Argentinanın qələbəsi ilə bitən bu oyundan sonra aktivindəki xalqların sayını 6-ya çatdırmaqla pley-offa vəsiqəni özünə təmin edib. Bu oyun Argentina millisinin lideri Lionel Messi için çoooox əlamətdar olub. Beləki, həmin oyunda dubl edərək mundiallarda vurduğu qolun sayını 18-ə catdirmaqla Dünya çempionatlarında ən çox qol vuran  futbolçu kimi tarixə düşüb. 

Xatırladaq ki, o, karyerasında 6-cı dəfə qatıldığı DÇ-da cəmi iki oyunda üst-üstə 5 qol vurub. O, bununla da almaniyalı Miroslav Klozenin (16 qol) rekordunu yəzələyib.

İyunun 24-də Messinin 40 yaşı tamam olacaq. Messi Dünya çempionatlarında ilk qolunu 2006-da vurub. Hələ o zaman Messinin 18 yaşı olub.

Dünən gecə vaxtı keçirilən daha iki oyunda isə, "H" qrupunda Uruqvay millisi Koba-Verde yığması  ilə sülh bağlayıb - 2:2.

"G" qrupunda keçirilən oyunda isə Misir yığması Yeni Zelandiyanı  məğlub edib - 3:1.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin