Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Almaniya millisi vaxtından əvvəl DÇ-2026-nın pley-offuna yüksəlib

ABŞ, Kanada və Meksikada futbol üzrə keçirilən 23-cü dünya çempionatı davam edir. Dünən axsam saatlarında və eləcə də bu gün mundialda "E" və "F" qrupunda ikinci turun oyunları keçirilib. Günün maraqlı oyunlarından biri Almaniya ilə Kot-d'İvuar (Fildişi) komandası arasında olub. "E " qrupunda yer alan və İlk turda Korasao millisini məğlub edən Alman maşını ikinci turda isə Fildişini 2:1 hesabla məğlub edərək ilk iki oyundan sonra maksimum xal (6 xal) toplayaraq vaxtından əvvəl pley-offa vəsiqəni özünə təmin edib. 

Bu qrupda keçirilən ikinci oyunda isə Ekvador millisi Karasao komandası ilə sülh bağlayıb - 0:0.

Hazırda "E" qrupunda komandaların turnir vəziyyəti belədir:

Almaniya    2   2   0   0   9-2   6

Fildişi    2   1  0   1    2-2    3

Ekvador    2   0   1   1   0 -1   1

Korasao   2   0    1   1   1-7   1

 

"F" qrupunda isə daha diqqətçəkən oyun ABŞ-ın Xyuston şəhərindəki "NRG Sradium" arenada Hollandiya millisi ilə İsveç arasında baş tutub. Taleyi ingiltərəni referi Maykl Oliverə həvalə edilən bu qarşılaşma hollandların böyük hesablı qələbəsi ilə bitib - 5:1. Qrupda baş tutan digər oyunda isə Yaponiya ilə Tunis üzləşib. İlk oyunda  Hollandiya millisi ilə 2:2 hesablı sülh bağlayan Gündoğan Ölkənin komandası Tunislə oyunda rəqibini qol atəşinə tutub - 4:0

Hazırda "F" qrupunda komandaların turnir vəziyyəti belədir:

Hollandiya    2   1   1   0   7-3   4

Yaponiya    2   1   1   0   6-2   4

İsveç    2   1   0   1   6-6   3

Tunis    2   0   0   2   1-9   0

Bu gün axşam saatlarında "H" qrupunda İspaniya - Səudiyyə Ərəbistanı, "G" qrupunda isə Belçika - İran matçı keçiriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin