Qadın millimiz dünya çempionatının 1/4-ində Almaniyanı udaraq yarımfinala yüksəlib
Polşanın paytaxtı Varşavada qadınlar arasında 3x3 basketbolu üzrə keçirilən və Azərbaycan millisinin də iştirak etdiyi dünya çempionatı (DÇ-2026) davam edir. Dünən çempionatda 1/4 final mərhələnin görüşləri keçirilib. Azərbaycan millisi bu mərhələni də uqurla başa vuraraq, yarımfinala yüksəlib. Qeyd edək ki, yarımfinala çıxışda Almaniya komandasını üstələyən Azərbaycan millisi 1/2-də isə ABŞ komandası ilə qarşılaşacaq.
İNTİQAM Məmmədov


