Voleybolçuların Avropa Liqası başlayır
Qadın voleybolçularımız Bakıda, kişilər isə İsveçdə meydana çıxacaqlar
Bu gün qadın və kişi voleybolçular arasında Avropa Liqasının birinci turuna start veriləcək. Qeyd edək ki, 3 turdan ibarət olan bu yarışda Azərbaycan həm qadın, həm də kişi millisi ilə iştirak edəcək. Baş məşqçisi Faiq Qarayev olan qadın millimiz birinci turun oyunlarını Bakıdakı Voleybol Mərkəzində keçirəcək. 5-7 oyun gününə təsadüf edən birinci turda qadın millimiz İsveç və Estoniya komandası ilə qarşılaşacaq. İlk oyun bu gün saat 18:00-da İsveçrə qarşı olacaq. Sabah eyni vaxtda və eyni məkanda Estoniya - İsveç matçı başlayacaq. İyunun 7-də saat 18:00-da isə Faiq Qarayevin yetirmələri Estoniya ilə qarşılaşacaq.
Yeri gəlmişkən, baş məşqçisi Boris Qrebennikov olan kişi millimiz isə 5-7 İyun günlərində İsveçin Lund şəhərində cixis edəcək. Komandamız ilk matçını iyunun 6-da saat 16:00-da Yunanıstana qarşı keçirəcək. Ertəsi gün isə saat 16:00-da ev sahibi olan İsveçrə üzləşəcək.
Liqanın ikinci turu 12-14 iyunda, üçüncü turu isə 19-21 iyun günlərində olacaq.
İNTİQAM Məmmədov


