Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Millimiz AÇ-da Qazaxıstanı məğlub edərək 1/4-ə yüksəlib

Slovakiyanın paytaxtı Bratislavada mini-futbol üzrə keçirilən və Azərbaycan millisinin də iştirak etdiyi Avropa çempionatı davam edir. Qeyd edək ki, çempionata qələbə ilə başlayan Elşad Quliyevin yetirmələri qələbə seriyasını davam etdirir. Beləki, qrup mərhələsində Avstriya (1:0), İtaliya (3:0) və Fransa (3:1) komandasını məqlub edərək qrup lideri kimi 1/8 finala yüksələn millimiz bu mərhələdə isə Qazaxıstandan üstün olaraq, adını 1/8-ə yazdırıb. Xatırladaq ki, son iki müxtəlif turnirdə (DC-2023 və AÇ -2024) Qazaxıstana uduzan millimiz bu dəfə 3:2 hesabla qalib gələrək, həm Qazaxıstan sindromunu qırımaqla revanş edib, həm də dörd il öncə məhz bu ölkədə keçirilən və qalibi olduğu AÇ -2022-nin yarımfinal mərhələsində əldə etdiyi qələbəni təkrarlayıb. 

3:2 hesabla bitən Azərbaycan -Qazaxistan matçında vurulan qollara gəlincə, qeyd edək ki, İtaliya ilə oyunun 2-ci dəqiqəsində hesabı açan Rəvan Kərimov bu dəfə 3-cu dəqiqədə hesabı açıb - 1:0. Matcin 8-ci dəqiqəsində İsa Atayev hesabı artırıb - 2:0. Lakin elə həmin dəqiqə başa çatmamış rəqib hesab arasındakı fərqi azaldıb -2:1. 

Fasiləyə bu hesabla yollanan komandalar meydana dönəndən sonra hərəyə bir qol vurublar. 28-ci dəqiqədə Məhəmməd Xəlilov yenidən hesab arasındakı fərqi artırıb 3:1. Bundan 10 dəqiqə sonra rəqib yenidən hesab arasındakı fərqi azaldıb - 3:1. Oyunun qalan vaxtında hesab dəyişməyib və Azərbaycan komandası əzəli rəqibi üzərində mühüm qələbə qazanacaq, adını 1/4 finala yazdırıb. Yeri gəlmişkən, DC-2025-in qalibi adını daşıyan və dünya reytinq cədvəlinə liderlik edən milimiz bu günün sonunda (saat 23:35-də) 1/4 final mərhələsində Çexiya ilə üzləşəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin