Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Millimiz Avropa çempionatında ikinci turu da qələbəylə bitirib

Slovakiyanın paytaxtı Bratislavada mini-futbol üzrə keçirilən və Azərbaycan millisinin də iştirak etdiyi Avropa çempionatında qrup oyunları davam edir. Mayın 29-da qrup oyunları çərçivəsində ikinci turun oyunları keçirilib. Qeyd edək ki, çempionatın "F" qrupunda yer alan və baş məşqçisi Elşad Quliyev olan Azərbaycan millisi hesabat turu çərçivəsində İtaliya yığması ilə üzləşib. Maraqlıdır ki, ilk turda Avstriya komandasına (1:0) qalib gələn millimiz hesabat turunu da qələbə ilə bitirib - 3:0.

Oyunda hesabı 2-ci dəqiqədə Rəvan Kərimov açıb - 1:0. 30-cu dəqiqədə Vüsal İsayev baxımlı qola imza ataraq hesabı artırıb - 2:0. Oyunda son nöqtəni Ruzugar İbrahimzadə qoyub. 43-cu dəqiqədə səhnəyə çıxan Ruzugar hesabı 3:0-a çatdırıb. 

Bununla da ilk iki oyundan sonra aktivinə 6 xal yazdirmaqla qrup liderliyini özündə saxlayan millimiz son turun nəticəsindən asılı olmayaraq adını çempionatın pley-off mərhələsinə yazdırıb. Qeyd edək ki, hazırda dunya çempionu adını daşıyan millimiz mayın 30-da son turda Fransa ilə üzləşəcək.

Yeri gəlmişkən, ikinci tur çərçivəsində "F" qrupunda baş tutan digər oyunda Fransa Avstriyani üstələyib - 3:1.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin