Birinci Qarabağ müharibəsinin şəhidi Füzuli rayonunda dəfn edilib
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Rafiq Şirvan oğlu Cəfərovun cənazəsi Füzuli rayonunun Əbdülrəhmanlı kənd qəbiristanlığında dəfn edilib.
AZpress.AZ APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxın dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəfn mərasimi zamanı raket atəşi açılıb.
R. Cəfərov 1993-cü ilin iyul ayında Birinci Qarabağ müharibəsi zamanı itkin düşüb. Onun şəxsiyyəti müayinədən sonra müəyyən edilib.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



